Modern.az

“Proporsional sistemin bərpası üçün referendum keçirmək vacibdir”

“Proporsional sistemin bərpası üçün referendum keçirmək vacibdir”

Təhsil

11 Oktyabr 2012, 15:54

“Əgər istəyirlər ki, siyasi partiyalar inkişaf etsin, siyasi partiyanın xalq tərəfindən çəkisi müəyyən edilsin, onda mütləq proporsional seçki sisteminə qayıtmaq lazımdır”. Bunu Modern.az-a açıqlamasında Ədalət Paryitasının sədri, Milli Məclisin üzvü İlyas İsmayılov deyib. Partiya sədrinin sözlərinə görə, bundan ötrü ümumxalq rəy sorğusunun – referendum keçirilməsi gərəkdir.

“Çünki bu seçki sistemi referendum yolu ilə çıxarılıb və deməli, eyni qaydada bərpa edilməlidir. Bütün Skandinaviya ölkələri bu sistemə keçib. Bu yaxınlarda Rusiya da həmin sistemə keçdi. Belə hesab edirəm ki, biz də proporsional sistemə keçməliyik. Siyasi partiyanın imkanı olmalıdır ki, xalqın içinə keçsin, öz proqramını təbliğ etsin və xalqla görüşsün”, – deyə İ. İsmayılov vurğulayıb.


Anar Kəlbiyev

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi