Modern.az

İslam Kərimov Azərbaycana gəlib

İslam Kərimov Azərbaycana gəlib

Təhsil

11 Oktyabr 2012, 20:17

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 11-də Azərbaycana rəsmi səfərə gəlib.  Modern.az xəbər verir ki,  Özbəkistan dövlət başçısını Heydər Əliyev hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Beynəlxalq Aeroportun ali qonaqlar üçün nəzərdə tutulan salonunda İslam Kərimov və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

 Ali qonaq daha sonra hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi