Modern.az

Prezident İslam Kərimovu qarşıladı

Prezident İslam Kərimovu qarşıladı

12 Oktyabr 2012, 11:29

Azərbaycan Respublikasına səfərə gələn Özbəkistan Prezidenti İslam Kərimovun oktyabrın 12-də rəsmi qarşılanma mərasimi olub. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki,  ölkə başçısı İlham Əliyev Özbəkistan Prezidenti İslam Kərimovu qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdikdən sonra Özbəkistan və Azərbaycan Respublikasının dövlət himnləri səslənib.

 Daha sonra Azərbaycanın dövlət və hökumət rəsmiləri Özbəkistan Prezidenti İslam Kərimova, Özbəkistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim edilib.

Prezidentlər rəsmi fotoşəkil çəkdiriblər.

 Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi