Xırdalan şəhərində yerləşən 9 saylı orta məktəbdə kütləvi zəhərlənmə olub. Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, oktyabrın 11-də Abşeron rayon sakinləri Nuranə Abbasova, Nazlı Əhmədzadə, Səma Qurbanova və Xırdalan şəhərindəki 9 saylı Orta Məktəbin 7-ci sinif şagirdləri Məmməd Məmmədov, Fatimə Məmmədova, Xanlar Balayev, Kərim Vəlizadə, Cəlil Cabbarov, Nicat Balabəyzadə, Zümrüd Mustafalı, Məhəmməd Hacızadə, Saleh Kərimli, Günel Vəliyeva qidadan və dərmandan zəhərlənməsi ilə xəstəxanaya gətirilib. Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
Hazırda isə şagirdlərin hansı səbəbdən zəhərlənməsi araşdırılır.
Modern.az