Modern.az

Qənirə Paşayeva ABŞ-da bir sıra görüşlər keçirib

Qənirə Paşayeva ABŞ-da bir sıra görüşlər keçirib

12 Oktyabr 2012, 13:13

ABŞ-da səfərdə olan millət vəkili  Qənirə Paşayeva Hyustonda Azərbaycan-Amerika Mədəniyyət Alyansını ziyarət edib. Modern.az-ın məlumatına görə, deputat səfər zamanı Azərbaycan-Amerika Mədəniyyət Alyansının (Azerbaijani American Cultural Alliance - AACA) direktoru İsmail Əhmədovla görüşüb.

Millət vəkili Qənirə Paşayeva və TÜRKSOY-un sədri Düsen Kaseinov onlarla geniş fikir mübadiləsi aparıb. Görüş   zamanı  ABŞ-da minlərlə  azərbaycanlının yaşadığını vurğulayan deputat bunun çox böyük bir güc olduğunu və səsimizin Amerika ictimaiyyətinə daha geniş çatdıra bilməyimiz  üçün  böyük  bir  potensial olduğunu bildirib.

Q.Paşayeva bildirib ki, ABŞ-da yaşayan azərbaycanlılar Ermənistanın işğal etdiyi  Azərbaycan  torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.  

Qeyd edək ki, ABŞ-da səfərdə olan millət vəkili Qənirə Paşayeva Texasda ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və baş katibi Yusif Babanlı ilə də görüşüb.

 

 

 

 

 

 

 

 

 

 

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi