Nobel Sülh Mükafatı Avropa İttifaqına təqdim olunub. Modern.az xəbər verir ki, bu haqda Norveçin dövlət kanalı NRK məlumat verib.
Qeyd edək ki, keçən il bu mükafat Liberiya prezidenti Ellen Conson Sirleaf, Liberiya sülh fəalı Leymah Qbovi və Yəmən qadın hüquqları müdafiəçisi Təvəkkül Karmana təqdim olunub. Nobel Sülh Mükafatı dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
Modern.az