Modern.az

TQDK haqqında yayılan xəbərləri təkzib etdi

TQDK haqqında yayılan xəbərləri təkzib etdi

12 Oktyabr 2012, 16:11

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənnlərin sayının artırılacağı haqda informasiya agentliklərində yayılan məlumatları təkzib edib. Bu barədə TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib ki, son günlər bəzi kütləvi informasiya vasitələri tərəfindən buraxılış imtahanı keçiriləcək fənnlərin sayının artırılacağı ilə bağlı yanlış məlumatlar yayılıb.

“Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 1, maddə 30) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumtəhsil sistemində qiymətləndirmə Konsepsiyası"nın 2.3-cü bəndində edilmiş dəyişiklikləri bəzi informasiya agentlikləri düzgün şərh etməmişlər. Odur ki, bu məlumatların heç bir əsası yoxdur”, - deyə TQDK-dan məsələyə aydınlıq gətirilib.

A.RÜSTƏMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi