Yeni Azərbaycan Partiyasının Nizami rayon təşkilatının sədri, 25-ci dairədən millət vəkili seçilmiş Sədaqət Vəliyeva dünən seçicilərini qəbul edib.
Milli Məclisin deputatı seçicilərini dinləyib, onların problemlərilə maraqlanıb. Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşlar tərəfindən qaldırılan bir sıra fərdi xarakterli problemlər müvafiq yerli icra hakimiyyəti sturukturlarına müraciət etmək yolu ilə həll edilib. Həmçinin, rayonda yeni iş yerlərinin yaradılması və məşğulluğun səviyyəsinin artırılması, məhəllələrarası yolların bərpası və yollara asfalt örtüyün çəkilməsi kimi problemlərin hər birinin həlli istiqamətində qanunvericiliklə millət vəkilinə verilmiş səlahiyyətlər çərçivəsində lazımi addımların atılacağı və qeyd edilən məsələlərin daim diqqət mərkəzində saxlanılacağı, bu problemin həlli üçün bu işə cavabdeh olan müvafiq dövlət qurumlarına müraciət ediləcəyi seçicilərin nəzərinə çatdırılıb.Millət vəkili açıqlamasında deyib ki, edilən müraciətlər hazırda icraatdadır və özü bu işlərin icrasına şəxsən nəzarət edir. Deputatın tapşırığına əsasən sakinlərin müraciətlərinin və görülən işlərin nəticələrinə dair qeydiyyat aparılır:
« Bu tip görüşlər isə tez-tez keçirilir. Məqsəd isə edilən müraciətlərə operativ baxmaq, nəticəyə uyğun müvafiq addımlar atmaqdır».
Modern.az