Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayinin etimadnaməsini qəbul edib. Modern.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, İranın yeni səfiri Möhsün Pakayin etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Azərbaycan ilə İran arasında əlaqələrin inkişafına toxunan dövlətimizin başçısı bu əməkldaşlığın gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib. İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejatın bu toplantıda iştirakının önəmini qeyd edib
İkitərəfli münasibətlərimizin çoxşaxəli olduğunu və bir çox sahələri əhatə etdiyini vurğulayan dövlət başçısı səfir Möhsün Pakayinin ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.Qeyd edək ki, Prezident İlham Əliyev bu gün həmçinin Litva və Misir Ərəb Respublikasının ölkəmizə yeni təyin olunan səfirlərini də qəbul edib.
Modern.az