Modern.az

Deputat açılış mərasimində Azərbaycandakı təhsildən danışıb - FOTO

Deputat açılış mərasimində Azərbaycandakı təhsildən danışıb - FOTO

Təhsil

15 Oktyabr 2012, 15:23

Şəmkir rayonunun Günəşli kəndində orta məktəb binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı olub. 220 şagird yerlik məktəb bütün zəruri avadanlıqla təmin edilib. Təhsil ocağında fənn kabinələri, kitabxana, kompyuter otağı, idman zalı inşa var. Təhsil müəssisəsinin açılışına həsr olunmuş mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov təhsil işçilərini və şagirdləri təbrik edib, rayonda təhsil infrastrukturunun yaradılması istiqamətində görülən işlər haqqında məlumat verib. İcra başçısının sözlərinə görə, Şəmkirdə təhsil sahəsinin inkişafı ilə bağlı görülən işlər öz müsbət nəticələrini verir, rayonda təhsilin səviyyəsi yüksəlir, hər il ali məktəblərə qəbul olunan abituriyentlərin sayı artır.

Tədbirdə iştirak edən, millət vəkili Sahibə Qafarova ilk olaraq, bu əlamətdar gün münasibətilə təbriklərini çatdırıb. Millət vəkili ölkəmizdə aparılan təhsil islahatları haqqında ətraflı məlumat verib. O bildirib ki, təhsil sahəsinin inkişafı, uşaqlarımızın, gənclərimizin yüksək savadlı, sağlam bir nəsil kimi yetişməsi Azərbaycan dövlətinin prioritetlərindəndir:
«Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir».

Ölkəmizdə təhsil sahəsinin inkişafı, infrastrukturun yenilənməsi istiqamətində görülən işlərdə Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd edən millət vəkili Sahibə Qafarova sonda bir daha qeyd edib ki, bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən hər islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın parlaq gələcəyinə hesablanıb. Sonra rəmzi açılışı bildirən lent kəsilib. Rayon sakinləri və valideynlər görülmüş işlərə görə, minnətdarlığını bildirib və razılıqlarını ifadə ediblər.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi