Modern.az

Nazir 4 ali məktəbin rektoruna təşəkkür elan edib

Nazir 4 ali məktəbin rektoruna təşəkkür elan edib

Təhsil

15 Oktyabr 2012, 15:38


Təhsil Naziri Misir Mərdanov bir neçə dövlət ali məktəb rektorlarına təşəkkürünü bildirən əmr imzalayıb. Nazirlikdən Modern.az-a bildirilib ki, bu əmr bir neçə gün öncə Bakı şəhərində keçirilən  II Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində tədbirlərin təşkilinə görə imzalanıb.

Bildirilir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü Abel Məhərrəmov, Bakı Slavyan Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdulla, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Jalə Qəribova yaxından iştirak ediblər. Onlar Foruma dəvət olunan bir çox xarici qonaqları, o cümlədən xarici ölkələrin keçmiş prezidentləri, Nobel mükafatı laureatları ilə öz universitetlərində görüşlər keçiriblər, onlara fəxri adlar və Azərbaycanı təcəssüm etdirən qiymətli hədiyyələr veriblər. Misir Mərdanov  adları çəkilən ali məktəb rəhbərlərinin II Bakı Beynəlxalq Humanitar Forumun yüksək səviyyədə keçirilməsində aktiv fəaliyyətlərini nəzərə alaraq Təhsil Nazirliyinin təşəkkürü elan edilməsi barədə əmr imzalayıb.
  Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi