Modern.az

Müsavatdan KXCP üçün açıqlama: “Mirmahmud ağa bizdən inciyib”

Müsavatdan KXCP üçün açıqlama: “Mirmahmud ağa bizdən inciyib”

Təhsil

15 Oktyabr 2012, 16:04

“Nə KXCP-nin daxili işlərinə qarışırıq, nə də belə bir fikrimiz var”. Bu fikirləri Müsavat başqanının müavini Gülağa Aslanlı KXCP sədri Mirmahmud Mirəlioğlunun onlar haqda səsləndirdiyi iradları Modern.az-a şərh edərkən bildirib.

M.Mirəlioğlu Müsavat Partiyasını KXCP-dən yeni yaradılan fraksiyaya iclas keçirmək üçün yer ayırmaqda ittiham edib. G.Aslanlı KXCP sədrinə hörmətlə yanaşdığını bildirərək, ona qarşı hər hansı addım atmadıqlarını vurğulayıb.

“Bu zamana kimi dəfələrlə müxalifət qüvvələri tədbirlər keçirmək üçün bizdən yer istəyiblər, biz də onlara şərait yaratmışıq. Bu heç də bizim həmin fraksiyanı dəstəkləməyimiz mənasına, onun yanında olmağımız kimi qəbul edilməməlidir. Bunu Mirmahmud ağaya qarşı addım kimi qiymətləndirmək olmaz”-deyə G.Aslanlı vurğulayıb.

“Qeyd edim ki, Müsavat Partiyası olaraq biz çarəsiz qalıb, bizdən yer istəyən insanlara yer vermişik. Nə KXCP-nin daxili işlərinə qarışırıq, nə də qarışmaq fikrimiz var. Mirmahmud Mirəlioğlunun fikirlərinə hörmətlə yanaşıram. Biz müxalifətin hər zaman bir yerdə olmasını istəyirik. Mirmahmud ağa bizdən inciyib, amma bizim məqsədimiz heç də onu incitmək deyildi” - deyə Müsavat rəsmisi bildirib.

KXCP sədri Mirmahmud Mirəlioğlu oktyabrın 13-də Müsavat qərargahında Klassik Xalq Cəbhəsi Partiyası (KXCP)  daxilində yaradılan fraksiyanın iclasının keçirilməsini hiddətlə qarşılayıb. Ona qarşı yönələn birliyə yer ayırdığı üçün Müsavat Partiyasını tənqid edən KXCP sədri məsələyə adekvat cavab verəcəyini bildirib.

Anar RÜSTƏMOV  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi