Oktyabrın 16-da Bakıda, Heydər Əliyev Mərkəzində İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısı öz işinə başlayıb.
Zirvə toplantısında İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçıları iştirak edirlər. Belə ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev, İran prezidenti Mahmud Əhmədinejad, Pakistan prezidenti Asif Əli Zərdari, Əfqanıstan prezidenti Həmid Kərzayi, Tacikistan prezidenti İmoməli Rahmon, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Senatının sədri İlqizar Sabirov iştirak edirlər.
Toplantıda nəqliyyat, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində regional iqtisadi əlaqələrin inkişafı mövzuları, eləcə də İƏT-ə üzv ölkələrin inteqrasiyasının dərinləşməsi, İƏT ölkələrinin sosial-mədəni və elmi-texniki inkişafı məsələləri müzakirə olunacaq.
Modern.az