Modern.az

Fərəc Quliyev Milli Məclisdən istiqlalçı deputatlara imtiyazlar istədi

Fərəc Quliyev Milli Məclisdən istiqlalçı deputatlara imtiyazlar istədi

16 Oktyabr 2012, 12:49

Milli Məclisin plenar iclası öz işinə başlayıb. Modern.az-ın məlumatına görə, bugünkü iclasda millət vəkili Fərəc Quliyev çıxış edib. Onun sözlərinə görə, 18 oktyabr Milli Müstəqillik Gününə münasibət adekvat deyil.

“İstiqlalçı deputatlardan cəmi 29-u sağ qalıb. Onlar Milli Məclisin salonunda çox böyük fədakarlıq göstəriblər. Onların bu fədakarlığına isə uyğun münasibət göstərilməyib. Cənab prezident Ramil Səfərovla bağlı böyük işlər gördü. Bu, ancaq Ramil Səfərovla bağlı məsələ deyildi, bu, vətənini sevən oğlana, vətənə olan məsələ idi. Hesab edirəm ki, 29 istiqlalçı deputata avtomobil, təqaüd verilməsi elə də böyük xərc tələb etmir. Ona görə də xahiş edirəm ki, bu məsələ diqqətə alınsın”, –deyə Fərəc Quliyev qeyd edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi