Modern.az

“18 oktyabr qeyri-iş günü olmalıdır” - İqbal Ağazadədən təklif

“18 oktyabr qeyri-iş günü olmalıdır” - İqbal Ağazadədən təklif

16 Oktyabr 2012, 13:02

Milli Məclisin payız sessiyasının bugünkü plenar iclasında deputat İqbal Ağazadə 18 oktyabr Müstəqilliyin bərpası gününün qeyri-iş günü kimi qəbul olunmasını təklif edib. Deputat bildirib ki, parlament və hökumət yenidən bu məsələyə baxmalı və münasibəti dəyişməlidir.

“Bu Azərbaycan müstəqilliyinin bərpa edilməsi üçün çox tarixi bir gündür. Dünya ölkələrində müstəqillik qazanılan gün ən təntənəli bayram kimi keçirilir və qeyri-iş günü kimi qeyd olunur”, – deyən İ. Ağazadə əlavə edib ki, 18 oktyabr siyasi-tarixi gün kimi qeyd olunmalıdır.
“Bununla bağlı silsilə tədbirlər planı hazırlanmalı və gənclərə bu tarixi mövqeyin əhəmiyyəti çatdırılmalıdır”.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi