Bu gün futbol üzrə Azərbaycan yığma komandası növbəti sınağına çıxır. Modern.az-ın məlumatına görə, millimiz DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Rusiya yığması ilə qarşılaşacaq. Moskvanın “Lujniki” stadionunda keçiriləcək oyuna üstün tərəf kimi Rusiya millisi çıxacaq. Belə ki, Rusiya yığması bu oyunadək keçirdiyi hər üç matçda qələbə qazanıb və rəqiblərinin qapısında 7 top keçirdiyi halda, öz qapısından bir top da buraxmayıb.
Hazırda qrupun lideri olan Rusiya millisinin sonuncu oyunda Portuqaliya yığmasını məğlub etməsini nəzərə alsaq, bu görüşün aşkar favoriti onlar hesab olunur. Rusiya-Azərbaycan matçı saat 20:00-da start götürəcək.
Qeyd edək ki, Rusiya futbol yığması bir seçmə mərhələdə Azərbaycan millisinə rəqib olub. DÇ-2010-un seçmə mərhələsində şimal qonşularımıza səfərdə 0:2 hesabıyla uduzduğumuz halda, Bakıda 1:1 hesablı heç-heçəyə nail olmuşuq.
Anar Kəlbiyev