Hüquq müdafiəçiləri ilə hazırda Fransada mühacirətdə olan fəaliyyətinə xitam verilmiş ABU-nun keçmiş rektoru Elşad Abdullayev arasındakı görüş barədə Fransada yaşayan jurnalist Elnur Məcidli Modern.az-a danışıb. Keçmiş rektorla bağlı baş verən hadisələri izləyən, bunun tədqiqatı ilə məşğul olan Fransadakı blogger-jurnalist hüququ müdafiəçisi Novella Cəfəroğlunun Elşad Abdullayevlə görüşdüyünü bildirib.
“Lakin bu görüş Çingiz Qənizadə ilə görüş çərçivəsində olub. Çingiz Qənizadəylə görüşə qadın hüquq müdafiəçiləri də dəvət edilmişdi”.
Hadisələri yaxından izləmiş E.Məcidli bildirib ki, N.Cəfəroğlu da E. Abdullayevin Azərbaycana qayıtmasına təkid edib.
“Çingiz Qənizadə başda olmaqla Novella Cəfəroğlu da digər hüquq müdafiəçiləri kimi söz verdi ki, Elşad Abdullayevin oğurlanmış qardaşı, MTN mayoru Mahir Abdullayevin tapılması və bu cinayət işinin açılması üçün öz köməkliklərini göstərəcəklər. Onların sözlərinin üstündə durub-durmadıqlarını zaman göstərəcək”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a açıqlamasında bildirib ki, o, yalnız E. Abdullayevin itkin düşmüş qardaşının tapılması üçün səy göstərəcək. Hüquq müdafiəçisi qalan məsələlərdə heç bir açıqlama verməyəcəklərini deyib.
Anar Kəlbiyev