Modern.az

İstiqlalçı xanım-deputat: “Açıq əllər bir gün yumruğa dönəcək”

İstiqlalçı xanım-deputat: “Açıq əllər bir gün yumruğa dönəcək”

17 Oktyabr 2012, 14:14

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində 18 oktyabr Milli Müstəqillik Günü ilə əlaqədar istiqlalçı deputatların yığıncağı olub. Yığıncaqda 1991-ci ildə ilk qadın deputatlardan olan Məryəm Həsənova çıxış edib. O bildirib ki, 18 oktyabr Azərbaycanın yenidən dünyaya gəldiyi gündür.

“Azərbaycan xalqının milli ruhu, orijinallığı, heç bir xalqa məxsus olmayan üstünlükləri 18 oktyabr yenidən doğdu. Həmin gün Azərbaycan yenidən dünyaya gəldi. 18 oktyabr Azərbaycan xalqının qeyrətinin üzə çıxdığı bir gündür. Biz açıqəlli xalqıq və bu açıq əllər bir gün yumruğa dönəcək”.

  Tədbirdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər isə bayram münasibəti ilə hamını təbrik edib. Bu gün münasibəti ilə öz diləklərini çatdırıb.

“Biz hər birimiz müxtəlif mövqelərdə ola bilərik, amma istiqlalçı deputatların hər biri hörmətə, adı qızıl həriflərlə yazılmağa layiq insanlardır. Bu bütün xalqın ümummilli xalq qələbəsi günüdür. Tanrı Azərbaycanı qorusun!”.
 
Daha sonra çıxış edən Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov da öz növbəsində həmin insanlara sevgi və hörmətini çatdırıb. “Həmin günü quran insanların qarşısında baş əyirik”.  

Anar Kəlbiyev
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi