Modern.az

Meriya Fəvvarələr meydanına təyin olunan mitinqi rədd edib

Meriya Fəvvarələr meydanına təyin olunan mitinqi rədd edib

17 Oktyabr 2012, 16:07

İctimai fəalların və müxalifətçi gənclərin təşkilatçılığı ilə nəzərdə tutulan 20 oktyabr aksiyasının Fəvvarələr Meydanında keçirilməsinə icazə verilməyib. Bu  barədə AXCP gənclər komitəsinin rəhbəri Əbülfəz Qurbanlı musavat.com-a bildirib. Bakı Şəhər İcra Hakimiyyəti onların müraciətinə bu gün cavab verib:
“Aksiyanın 20-ci sahədə keçirilməsi təklif olunub. Fəvvarələr Meydanında keçirilməsinə icazə verilməyib. Bunu vətəndaşların həmin ərazidə istirahət hüququnu pozmaqla əlaqələndiriblər. Hətta müraciətimizə səhv tutmağa çalışıblar. Guya aksiyanın nə məqsədlə keçirildiyini aydın şəkildə yazmamışıq. Bu cavaba baxmayaraq aksiya oktyabrın 20-si, saat 15-də Fəvvarələr Meydanında keçiriləcək. Təxminən 2 min nəfərin iştirakı nəzərdə tutulur”.
Qeyd edək ki, etiraz aksiyasında parlamentin buraxılması tələb olunacaq.

 
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi