Modern.az

Siyavuş Novruzov İP-dəki istefalardan danışdı: “Bu belə də olmalı idi”

Siyavuş Novruzov İP-dəki istefalardan danışdı: “Bu belə də olmalı idi”

17 Oktyabr 2012, 18:53

“İctimai Palata lüzumsuz, mahiyyəti bəlli olmayan bir qurumdur. Hətta onların nə ilə məşğul olmaları özlərinə belə, məlum deyil”.
Bu sözləri YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov İctimai Palatada bugünkü istefaları Modern.az-a şərh edərkən bildirib.   

“Biz əvvəldən İctimai Palata adlı qurumu tanımamışıq. Mən onu əvvəldən məzmunsuz bir qurum hesab etmişəm. Ona görə də bir daha qeyd etmək istəyirəm ki, əvvəli olmayanın sonu da olmayacaq”.

S.Novruzov qeyd edib ki, artıq qurumun üzvləri İP-in perspektivsizliyini görüb ordan uzaqlaşmağa başlayıblar.  

“İndi bura toplaşanların bəziləri müəyyən bəhanələr gətirib oradan uzaqlaşmağa çalışırlar. Təbii ki, bu belə də olmalı idi, bunun başqa yolu yoxdur”-deyə YAP rəsmisi deyib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi