Balakəndə baş vermiş zəlzələdən zərər çəkən 3100 ailə müvafiq dövlət qurumlarına müraciət edib.
Bu barədə Modern.az saytına hazırda bölgədə olan 109 saylı Balakən seçki dairəsindən deputat seçilən Rəbiyyət Aslanova məlumat verib.
O, qeyd edib ki, ötən gün ərzində əsasən rayonun zəlzələdən daha çox əziyyət çəkən Qabaqçöl ərazisində kəndlərə baxış keçiriblər:
“Bu ərazilərdə daha çox avarlar yaşayır. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları 3 gün öncə təbii fəlakət bölgəsində olublar. Demək olar ki, zəlzələnin vurduğu ziyanla bağlı ilkin məsələlər araşdırılıb. Bu gün Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi yenidən təbii fəlakət bölgəsində olacaq. Hələ ki, havalar çox soyuq deyil. Əminəm ki, qışa qədər zəlzələ nəticəsində yaranmış problemlərin həlli istiqamətində ciddi addımlar atılacaq”.
Zəlzələ nəticəsində nə qədər fərdi yaşayış evinin dağıldığına, deputat deyib ki, 3100 ərizənin daxil olması o demək deyil ki, 3100 ev tam yararsız hala düşüb:
“Bəzi evlərdə müəyyən çatlar yaranıb. İnsanlar belə evlərdə də gecələməkdən qorxurlar. Hər halda məsələ araşdırılır. Lazım olan tədbirlər görülür”.
Modern.az