ABŞ-ın Azərbaycandakı yeni səfiri Riçard Morninqstar müxalifət partiyalarının liderlərilə görüşüb. Dünən baş tutan görüşdə Azərbaycandakı seçkiqabağı proseslər müzakirə edilib. Bu barədə Modern.az saytına ADP sədri Sərdar Cəlaloğlu məlumat verib.
“Mən ilk dəfə idi ki, səfirlə görüşdə iştirak edirdim. Bütövlükdə mən belə başa düşürəm ki, Amerika səfiri Azərbaycanda müxalifəti ilə ardıcıl əlaqələr saxlamaq və ölkədəki ictimai-siyasi durumu müxalifətin gözü ilə görmək istəyir. Görüşdə təbii ki, demokratiya məsələləri müzakirəyə çıxarıldı. Belə görüşlər bundan sonrada davam edəcək”, - deyə S.Cəlaloğlu bildirib.
Qeyd edək ki, ABŞ səfirliyində keçirilən görüşdə AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərlə yanaşı ADP, ALP və Ümid Partiyasının rəhbərləri də iştirak ediblər.
Anar RÜSTƏMOV