Modern.az

BDU beynəlxalq reytinq cədvəlində 51 pillə irəlilədi - SİYAHI

BDU beynəlxalq reytinq cədvəlində 51 pillə irəlilədi - SİYAHI

18 Oktyabr 2012, 13:18

Beynəlxalq Akademik Perspektivlər İnstitutu (URAP) 2012-2013-cü il təhsil ilində dünyanın ən yaxşı 2000 universitetinin siyahısını açıqlayıb. Cədvələ ABŞ-ın Harvard Universiteti başçılıq edir. Azərbaycanın isə yalnız bir ali məktəbi ən yaxşılar arasında yer alıb.

Ölkəmizin ən böyük təhsil ocağı olan Bakı Dövlət Universiteti (BDU) siyahıda 1786-cı yerdədir. 2011-2012-ci ildə isə BDU 1837-ci sırada yer tutub.

Qeyd edək ki, Türkiyədən 77 universitet siyahıda yer tutub. İrandan 23, Gürcüstan və Ermənistandan isə bir universitet siyahıda yer alıb.

Siyahının ilk 10-luğu:

  1. Harvard Universiteti
  2. Toronto Universiteti
  3. Con Hopkins Universiteti
  4. Stanford Universiteti
  5. Kaliforniya Berkli Universiteti
  6. Miçiqan Universiteti
  7. Oksford Universiteti
  8. Vaşinqton Sietl Universiteti
  9. Los-Anceles Universiteti
  10. Tokio Universiteti

Sevinc İltifatqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi