Bu gün “Qasid” Mətbuat yayımı firmasının ofisinin qarşısında jurnalistlərin iştirakı ilə aksiya keçirilib. Modern.az bildirir ki, aksiyada “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu, “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev və jurnalistlər işitrak edib. Jurnalistlər “Qasid”ə qəsd qəzetlərə qəsddir", “Yeni köşklər -yeni bəla! Ar olsun sənə Hacıbala!" kimi şüarlar səsləndiriblər.
“Qasid”in direktoru Mirkazım Kazımov qaldırılan tələbləri dinləyib. Qəzet rəhbərləri deyiblər ki, yeni köşklər Azərbaycan mətbuatını boğmağa xidmət edir. Bu köşklərdə şirniyyatlar satılır və bunlar qəzet üçün yaramır. Bildirilib ki, yeni köşklər qəzetlərin satışını azaldıb.Müzakirəlrədən sonra “Yeni Müsavat” və Azadlıq” qəzetləri ilə razılığa gəlinib. “Qasid” gələn həftədən adı çəkilən qəzətlərə borcunu qaytarmağa söz verib. Aksiyaya heç bir müdaxilə olmayıb və polislər kənardan aksiyanı izləyib.
|
|
|
|
|
|
|
|
|
|
Elçin AĞAYEV