Modern.az

YAP oliqarxların yaratdığı təşkilata münasibət açıqladı

YAP oliqarxların yaratdığı təşkilata münasibət açıqladı

18 Oktyabr 2012, 15:32

Rusiyada yaşayan azərbaycanlı iş adamlarının yaratdığı Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) ərtafında gərgin müzakirələr davam edir. Bu dəfə hakim Yeni Azərbaycan Partiyası azərbaycanlı oliqarxların yaratdığı yeni diaspor qurumu ilə bağlı öz münasibətini bildirib. Partiyanın İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Modern.az-a açıqlamasında hələlik bu haqda danışmaq isətmədiyi bildirib. Deputatın sözlərinə görə, yeni qurumun mövqeyi və fəaliyyət istiqaməti dəqiq bilinmədiyi üçün onunla bağlı məsələyə münasibət bildirmək doğru olmazdı.

“Mən də bu haqda mətbuatda oxudum. Onlar öz məqsəd və məramlarını açıqlasınlar ondan sonra münasibət bildirərik. Çünki hələlik bu qurumla bağlı heç bir məlumatım yoxdur”, - deyə YAP rəsmisi bildirib.

Xatırladaq ki,  Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor qurumunun yaradıldığını elan ediblər. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan bu təşkilata Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, məşhur iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları daxildir.

Yeni qurum sentyabrın 28-də təsis edilib və qeydiyyata da alınıb. ÜATİ-nin artıq mərkəzi ofisi də var. Ofis Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.

Anar RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi