Modern.az

Azərbaycanda yeni radiostansiyanın açılması üçün müsabiqə elan ediləcək

Azərbaycanda yeni radiostansiyanın açılması üçün müsabiqə elan ediləcək

18 Oktyabr 2012, 17:21

Oktyabrın 18-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda  "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə  uyğun olaraq yeni regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edilib.  Müsabiqə üçün tələb olunan sənədlər 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 1000-dan 1800-dək qəbul ediləcək.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi