Modern.az

Bəhruz Nəzərov Dövlət Komitəsinin mətbuat katibliyindən çıxdı

Bəhruz Nəzərov Dövlət Komitəsinin mətbuat katibliyindən çıxdı

18 Oktyabr 2012, 17:46

Diasporla ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Bəhruz Nəzərov işdən çıxıb. Modern.az saytı bildirir ki, bu barədə Bəhruz Nəzərovun özü məlumat verib.  
O özünün Facebook şəbəkəsində yazıb: “Dostlar, mən Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən öz xahişimlə azad olunmuşam. Hazırda bir neçə iş təklifi var ki, onları dəyərləndirirəm. Qısa fasilədən sonra yenidən əmək fəaliyyətinə başlayacağam”.

Qeyd edək ki, bu il iyulun 6-da ölkə başçısının sərəncamı ilə Bəhruz Nəzərova “Əməkdar jurnalist” fəxri adı verilmişdi.  

B.Nəzərov 18 fevral 2011-ci ildə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri təyin olunmuşdu.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri postuna gəlməzdən öncə o, "Space" TV-də, "Marketinq" jurnalında və “ATV İnternatneşnl” (ATV İternational) televiziyasında çalışıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi