Modern.az

Moskvadakı “Ocaq” cəmiyyəti də oliqarxları müdafiə etdi: “Buna ehtiyac var idi..” - AÇIQLAMA

Moskvadakı “Ocaq” cəmiyyəti də oliqarxları müdafiə etdi: “Buna ehtiyac var idi..” - AÇIQLAMA

18 Oktyabr 2012, 18:53

Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) Rəyasət Heyətinin üzvü,  “Ocaq” cəmiyyətinin sədri Tofiq Məlikli gündəmə damğasını vuran oliqarxların yeni təşkilatına münasibət bildirib. Professor T.Məlikli Modern.az-a saytına açıqlamasında Moskvada yaşayan azərbaycanlı iş adamlarının birləşdiyi diaspor qurumunun yaradılmasını müsbət qiymətləndirib. ÜAK rəsmisinin sözlərinə görə, yeni təşkilat digər qurumlar arasında ümumi koordinasiya rolunu oynayacaq.

“Rusiyada xeyli sayda diaspor təşkilatı fəaliyyət göstərir. Bunlar arasında koordinasiya olduqca zəifdir. Belə bir təşkilatın yaranması, Azərbaycan diasporunun fəaliyyətinin normallaşdırılması baxımından vacibdir, buna ehtiyac var idi. Diqqət edin, adicə Moskvada bir gündə eyni vaxtda təşkilatlar bir-birlərindən xəbərsiz müxtəlif tədbirlər keçirirlər. Bu da təşkilatlararası birliyin olmamasından irəli gəlir. Hesab edirəm ki, yeni qurum koordinasiya rolunu oynayacaq. Burada mənfi heç nə yoxdur”, - deyə T.Məlikli vurğulayıb.

T.Məliklinin fikrincə, oliqarxların yeni qurumu Ümumrusiya Azərbaycanlıları Konqresinin alternativ yaradılmayıb.

“Düşünmürəm ki, Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı Ümumrusiya Azərbaycanlıları Konqresinə alternativ fəaliyyət göstərəcək. Bu təşkilatların fəaliyyətləri tam fərqli olacaq və bir-birlərinə mane olmayacaqlar. Qeyd edim ki, diaspor təşkilatları dəfələrlə əsas problem olaraq birdirirdilər ki, ümumi koordinasiya yoxdur. Bu baxımdan deyə bilərəm ki, soydaşlarımızın yaratdığı yeni təşkilat uğurlu olacaq”.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlılar yeni diaspor qurumunun yaradıldığını elan ediblər. Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan bu təşkilata Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, tanınmış kinodramaturq Rüstəm İbrahimbəyov, məşhur iş adamları İsgəndər Xəlilov, Araz Ağalarov, Vahid Ələkbərov və başqaları daxildir.

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi