Daxili İşlər Nazirliyi İctami Palatanın dəstək verdiyi 20 oktyabrda keçiriləcək icazəsiz aksiya ilə bağlı münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən müxalifətin Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmamış aksiyasının qarşısı alınacaq.
Qeyd edək ki, İcitmai Palata və bir qrup gənc fəal sabah paytaxtın Fəvvarələr Meydanında icazəsiz aksiya keçirəcək. Kütləvi aksiyada əsas tələb parlamentin buraxılması olacaq. Hazırda aksiyanın hazırlıqları başa çatmaq üzrədir. Anar RÜSTƏMOV