Modern.az

Müsavat funksionerləri saxlanıldı - SİYAHI YENİLƏNİB

Müsavat funksionerləri saxlanıldı - SİYAHI YENİLƏNİB

20 Oktyabr 2012, 15:00

Müxalifətin Fəvvarələr meydanına planlaşdırdığı aksiya öncəsi həbs edilənlər var. Müsavat Partiyasından verilən məlumat görə, partiyanın üzvləri Məclisin toplantısından sonra yarımmühasirə şəraitində olan qərargahdan çıxaraq  "Azadlıq prospekti” metrostansiyasına tərəf yürüş ediblər. Polis və çoxsaylı mülkü geyimli şəxslər aksiya iştirakçıları ilə kobud davranıb. İlkin məlumata görə, Arzu Səmədbəyli, Zöhrab Məhərrəmli, Gülağa Aslanlı, Tural Abbaslı, Fəzli Mehdiyev, Mustafa Hacılı, jurnalist Mehman Kərimli, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Elçin Cərulla, Şamil Beydulla, Vasif Sadiqbəyli, Amid Süleymanov, Zaur Məmmədov, Elxan Mehdiyev, Kənan Səfərli, Mirbaba Babayev, Əlövsət Talışxanlı, Məzahir Məmmədlin, Nicat Əmiraslanov, Sabutay Quluzadə, Nazim Əliyev, Nurlan Əliyev, Yasəf Ağazadə, Kərim Ağarza, Fərahim Abbaszadə, Məmməd Savalan, Yaşar Türkazər həbs edilib. İlkin məlumata görə, onlar Binəqədi Rayon 5 saylı  polis bölməsinə aparılıblar. Müsavat qərargahı yaxınlığında müsavatçıların həbsi davam edir.
Müsavat Partiyasının qərargahı səhər saatlarından polis nəzarətində olub. Mülkü geyimli şəxslər  qərargahın birinci mərtəbəsinə basqın ediblər. 

30-dan çox müsavatçı saxlanılıb. Siyahı dəqiqləşdirilir.

Gənclərin Müsavat partiyası qarşısında yürüşə cəhdi zamanı İsə Qəmbərin mühafizəçisi də həbs olunub. Modern.az bildirir ki, bu barədə partiya qərargahında olan vəkil Qurban Məmmədov bildirib. 

Yürüşə əsasən partiyanın gənclər təşkilatının üzvləri qatılıb, onlara partiya məclisinin üzvləri də dətək veriblər. Yürüşün tələbi "Parlament buraxılsın", "Azad seçki", "Azadlıq" və "İstefa" olub.

***

Müsavat partiyasının mətbuat xidmətinin rəhbəri Leyla Mustafayeva 20 oktyabr tarixdə “Parlament buraxılsın!” tələbilə keçirilən aksiyada saxlanılan Müsavat Partiyası üzvlərinin siyahısını açıqlayıb

1. Arzu Səmədbəyli
2. Gülağa Aslanlı
3. Tural Abbaslı
4. Zöhrab Məhərrəmli,
5. Fəzli Mehdiyev
6. Mustafa Hacılı,
7. Jurnalist Mehman Kərimli,
8. Əhəd Məmmədli,
9. Mirbaba Babayev
10. Rüfət Hacıbəyli,
11. Elçin Cərulla,
12. Şamil Beydulla,
13. Vasif Sadiqbəyli,
14. Amid Süleymanov,
15. Zaur Məmmədov,
16. Elxan Mehdiyev,
17. Kənan Səfərli,
18. Əlövsət Talışxanlı,
19. Məzahir Məmmədli,
20. Nicat Əmiraslanov,
21. Sabutay Quluzadə,
22. Nazim Əliyev,
23. Nurlan Əliyev,
24. Yasəf Ağazadə,
25. Kərim Ağarza,
26. Fərahim Abbaszadə,
27. Məmməd Savalan,
28. Yaşar Türkazər,
29. Rufət Kişiyev,
30. Ramiz Mehdiyev,
31. Hüseyn Məlik(34-cu bölmə)
32. Elman Fəttah( 34-cu bölmə)
33. Tural Hacıbəyli,
34. Elçin Əliyev (Baku news)
35. Dünyaxanım Vahabova
33. Pənah Hüseyn- Azərbaycan Xalq Partiyasının sədri (saxlanılandan bir müddət sonra sərbəst buraxılıb)

Məlumatlar yenilənir. Başqa həbs olunanlar barədə məlumatlar veriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi