“Namizədlər riyaziyyat və ingilis dili müəllimliyi üzrə MİQ imtahanlarının çətinliyindən şikayətlənməkdə haqlıdırlar”.
Modern.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev özünün sosial şəbəkə hesabında müəllimlərin suallarını cavablandırarkən deyib.
Nazir qeyd edib ki, bu, qətiyyən həmin müəllimlərin hazırlıqsızlığından xəbər vermir:
“Riyaziyyat müəllimliyi üzrə cəmi 41 nəfər 51-60 bal, ingilis dili müəllimliyi üzrə cəmi 4 nəfər 51-60 bal toplayıb. Bu müəllimlər narahat olmamalıdırlar. Biz deyə bilmərik ki, riyaziyyatdan 44 bal yığmış müəllim digər fənlərdən eyni balı yığmış müəllimdən daha biliksizdir. Suallar çətin olub, amma imtahanlar ədalətsiz olmayıb”.