Modern.az

Azərbaycanlı deputat: “Saakaşviliyə hörmətsizlik etməmişik” - MÖVQE

Azərbaycanlı deputat: “Saakaşviliyə hörmətsizlik etməmişik” - MÖVQE

Təhsil

22 Oktyabr 2012, 15:06

Dağlıq Qarabağ problemi Gürcüstan parlamentində müzakirə olunacaq

Azərbaycanın 20 ildir öz həllini tapmayan Dağlıq Qarabağ münaqişəsi Gürcüstanın yeni parlamentində müzakirə oluna bilər. Bu barədə Modern.az saytına Gürcüstan parlamentinə “Gürcü arzusu” koalisiyasından deputat seçilən Əli Məmmədov məlumat verib. Parlamentin Kutaisidə keçirilən ilk iclasını müsbət qiymətləndirən Ə.Məmmədov ölkəmizlə bağlı məsələlərə geniş toxunacağını bildirərək, Azərbaycan həqiqətlərini təbliğ edəcəyini vurğulayıb.

“Təbii ki, bir azərbaycanlı olaraq parlamentdə ölkəmizin, xalqımızın maraqlarını müdafiə etməyə çalışacağıq. Xüsusən də Qarabağ problemi ilə bağlı ermənilərin törətdikləri işğalı gürcü parlamentində qabartmaq istəyirəm. İnşallah fəaliyyətimiz xalqımız üçün uğurlu olar”.

Parlamentin dünənki iclasında Bidzina İvanişvili tərəfdarlarının prezident Saakaşviliyə hörmətsizlik etməsi haqda mətbuatda yayılan xəbərlərə toxunan deputat, ölkə başçısına qarşı hər hansı laqeyd münasibət göstərmədikərini qeyd edib.

“Parlamentin ilk iclası çox uğurlu alındı. Mətbuatda yayılan məlumatlar heç də doğru deyil. Biz Saakaşviliyə qarşı heç bir hörmətsizlik etməmişik. Ölkə prezidenti ilə münasibətlərimiz normaldır”, - deyə Ə.Məmmədov bildirib.

Xatırladaq ki, dünən Kutaisi şəhərində Gürcüstan parlamentinin ilk iclası keçirilib. “Gürcü arzusu” blokunun liderlərindən biri, Respublikaçılar Partiyasının sədri David Usupaşvili qanunverici orqanın sədri seçilib. Daha sonra parlamentin fraksiya və komitə sədrləri seçilib. Yeni parlamentin ilk iclasını prezident Mixail Saakaşvili açıb. Prezidentın çıxışı zamanı “Gürcü arzusu” koalisiyyasından seçilən bir çox deputatların ona qarşı hörmətsizlik etdiyi bildirilir.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi