Modern.az

Rövnəq Abdullayev 50 nəfəri işə götürdü

Rövnəq Abdullayev 50 nəfəri işə götürdü

Təhsil

22 Oktyabr 2012, 15:14

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 50 nəfər işçini müvafiq idarələrdə işə götürdü. Modern.az xəbər verir ki, ARDNŞ-nin müəssisə və təşkilatlarında aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilən işçilərin məşğulluğunun təmin edilməsi məqsədi ilə keçirilən görüşlər davam etdirilməkdədir. Oktyabrın 15 və 19-da ARDNŞ-nin İnsan Resursları Departamentində Şirkətin müəssisələrində aparılan struktur dəyişiklikləri ilə əlaqədar olaraq sərbəstləşdirilən işçilərin səmərəli yerləşdirilməsi məsələsinə həsr olunan görüşdə sərbəstləşdirilmiş  daha 50 nəfər işçiyə Dövlət Neft Şirkətinin müvafiq strukturlarında ixtisas və peşələrinə uyğun mövcud vakansiyalar üzrə iş təklif olunub. Onlar təklifləri qəbul ediblər. Hazırda həmin 50 nəfərin şirkətin müxtəlif strukturlarında işə götürülməsi ilə bağlı sənədləşdirmə aparılır.

  Modern.az                               
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi