Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri (MHP) Dövlət Baxçalı Müsavat başqanı İsa Qəmbəri Türkiyəyə dəvət edib. Bu barədə Modern.az saytına məlumat verən başqan müavini Gülağa Aslanlı bildirib ki, Dövlət Baxçalı MHP-nin noyabrın 4-də keçiriləcək X qurultayında iştirak etmək üçün Müsavat başqanına dəvət yollayıb.
İsa Qəmbərin Türkiyəyə gedib-getməyəcəyi ilə bağlı sualımıza cavab verən G.Aslanlı hələlik bu haqda dəqiq qərar verilmədiyini bildirib:
“İsa bəyin Türkiyəyə getməsini partiyada dəyərləndirəcəyik və yaxın günlərdə dəqiqləşdirəcəyik. Getmək ehtimalı böyükdür”.
Qeyd edək ki, MHP-nin noyabrın 4-də keçiriləcək X qurultayına Azərbaycandan bir sıra siyasətçilər dəvət olunub.
Anar RÜSTƏMOV