Modern.az

Millət vəkili Elçibəyin məzarının açılmasına etiraz etdi

Millət vəkili Elçibəyin məzarının açılmasına etiraz etdi

23 Oktyabr 2012, 12:41

“Bu ən azından Elçibəy şəxsiyyətinə hörmətsizlikdir”

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa keçmiş silahdaşı, mərhum Əbülfəz Elçibəyin məzarının açılması ilə bağlı məsələyə münasibət bildirib. Millət vəkili Modern.az-a açıqlamasında eks-prezidentin məzarının açılmasının yolverilməz olduğunu və buna qəti şəkildə etiraz etdiyi bildirib. Onun sözlərinə görə, bu Elçibəy şəxsiyyətinə hörmətsizlikdir. “Məncə, bu yolverilməzdir. Məzarın açılması kifayət qədər əsas olmadan Elçibəy kimi şəxsiyyətli bir insanın ruhuna hörmətsiz yanaşma ola bilər. Düşünürəm ki, bu cür addımdan yayınmaq lazımdır. Ortada cinayət işi varsa belə, bu əsaslıdırsa belə, məsələ tam araşdırılandan sonra hansısa bir addımı atmaq olar. Amma indi bunu ictimaiyyətə açıqlamaq doğru deyil”, -deyə F.Mustafa bildirib.

Qeyd edək ki, Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə açılmış cinayət işində şok məlumatlar ortaya çıxıb. Modern.az saytına hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, istintaq qrupu mərhum eks-prezidentin qəbrinin açılması ilə bağlı hazırlıq işləri aparır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-ci fəslində yer alan eksqumasiya məsələsinə əsasən, məzarın ailənin icazəsi olmadan açılması mümkündür. Mərhumun ailəsi isə onun məzarının açılmasına etiraz edərək, buna yol verməyəcəklərini bildirirlər.

Anar RÜSTƏMOV
 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi