Modern.az

İsa Qəmbər Tiflisə erməni siyasi partiya lideri ilə görüşə gedir

İsa Qəmbər Tiflisə erməni siyasi partiya lideri ilə görüşə gedir

23 Oktyabr 2012, 13:10

Oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə üç Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan  və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü olacaq.

Modern.az
bildirir ki, bu görüşdə Azərbaycanı Müsavat başqanı İsa Qəmbər, Ermənistanı Erməni Ümumilli Hərəkatının İdarə Heyətinin sədri Aram Manukyan və Gürcüstanın “Respublikaçılar” Partiyasının rəhbəri, parlamentin yeni sədri David Usupaşvili təmsil edəcək.

Görüşdə Cənubi Qafqazdakı siyasi vəziyyət və ondan çıxış yollarının müzakirə olunacağı gözlənilir. Görüşün sonunda birgə bəyanat imzalanacaq.

Xatırladaq ki, bu üç partiyanın rəhbərləri əvvəllər də görüşüblər.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi