Modern.az

Akif Nağı: “Söyün Sadıqov şübhəli və qaranlıq adamdır”

Akif Nağı: “Söyün Sadıqov şübhəli və qaranlıq adamdır”

23 Oktyabr 2012, 16:36

Qarabağ Azadlıq Təşkilatı Azərbaycan və erməni nümayəndələrinin Moskvada keçirilən görüşünü tənqid edib. QAT sədri Akif Nağı Modern.az-a açıqlamasında görüşün təşkilatçılarından olan “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqovu sərt tənqid edib. A.Nağı ermənilərlə dostluq edən azərbaycanlı oliqarxı Rusiyanın maraqlarına xidmət etməkdə suçlayıb.

“Bu görüşün əsas təşkilatçılarından olan Söyün Sadıqovu yaxından tanıyıram. Əslən gürcüstanlı olsa da, etnik mənsubiyyəti bir az şübhəlidir. O adamı çox yaxşı tanıyıram. Bir zamanlar gəlib burada Qarabağ Fondu yaratmışdı, indi gedib orada ermənilərlə dostluq edir. Onun bu proseslərdə iştirakı Azərbaycanın maraqlarında görə deyil. Söyün Sadıqov Rusiyanın maraqlarına xidmət edir. Bu görüşün kökündə Putinin tapşırığı durur. Rusiya istəmir ki, öz ərazisində yaşayan millətlərə problem yaratsın. Bu Qarabağ məsələsinin həllinə yönəlmiş görüş deyil. Bir sözlə, Söyün Sadıqov çox şübhəli və qaranlıq bir adamdır. Biz Qarabağ Azadlıq Təşkilatı olaraq bu kimi görüşlərin keçirilməsini pisləyirik”, - deyə QAT sədri vurğulayıb.

Qeyd edək ki, bu gün Moskvada Rusiyada yaşayan Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, Rusiya Erməni İttifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan və eləcə də digərləri iştirak ediblər.

Anar RÜSTƏMOV
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi