Modern.az

Abbas Abbasov ermənilərlə görüşə getməməsinin səbəbini açıqladı

Abbas Abbasov ermənilərlə görüşə getməməsinin səbəbini açıqladı

23 Oktyabr 2012, 18:05

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Bakıya gəlib.

Bu barədə Modern.az saytına Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının ("AzerRos") vitse-prezidenti , “Nijni Novqorod Azərbaycanlılarının Mədəni Muxtariyyətinin sədri Vidadi Abbasov  bildirib.  Onun sözlərinə görə, Abbas  Abbasov yeni təşkilatın prioritetləri barədə Azərbaycan Prezident İlham Əliyevi məlumatlandırmaq niyyətindədir.

Qeyd edək ki,  yeni yaranmış Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının yaranması Azərbaycanda ciddi rezonans doğurub. Qurumun fəaliyyəti Abbas Abbasovun İlham Əliyevlə görüşünədək dayandırılıb. Həmin görüşün nəticələrinə uyğun olaraq təşkilatın gələcək taleyi barədə qərar qəbul olunacaq.

Abbas Abbasov təşkilat təsisçilərinin 28 sentyabr tarixindəki iclasında yekdilliklə qurumun sədri vəzifəsinə seçilib.

“Abbas Abbasov nəinki Azərbaycanda, hətta Rusiya və bütün MDB məkanında tanınır və böyük hörmətə malikdir. O uzun müddət Heydər Əliyevlə birgə çalışıb, dəyərli dövlətçilik təcrübəsinə malikdir, Azərbaycan Baş nazirinin birinci müavini postundan gedəndən sonra isə özünü ictimai fəaliyyətdə də ən yüksək səviyyədə göstərib. Çox qiymətli məqam həm də ondan ibarətdir ki, onunla Azərbaycan Prezidenti İlham Əliyev arasında davamlı, etibarlı münasibətlər və qarşılıqlı hörmət mövcuddur. Bu və digər amilləri nəzərə alan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının təsisçiləri yekdilliklə məhz Abbas Abbasovun namizədliyini tövsiyyə edib onu qurumun sədri vəzifəsinə seçdilər”, - deyə Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyatının sədri Söyün Sadıqov qeyd edib. O, əlavə edib ki, "Azərbaycan prezidenti İlham Əliyevin müvafiq məsələlərə dair mövqeyi hamımız üçün olduqca mühüm əhəmiyyət kəsb edir və Rusiyadakı Azərbaycan diasporunun zəruri məqsəd və vəzifələrinin həyata keçirilməsində əlaqələndirici funksiya daşıyan təşkilatımızın fəaliyyəti üçün dəyərli istiqamətverici amil olacaq".

***

Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, Baş nazirin keçmiş birinci müavini Abbas Abbasov Rusiya azərbaycanıları milli-mədəni muxtariyyətinin vitse-prezidenti Vidadi Abbasovun onun barəsində söylədiyi fikirlərə sərt münasibətini bildirib. O, V.Abbasovun Moskvada Rusiyada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri ilə görüşdə iştirak etməməsini guya  Bakıda olması ilə əlaqələndirməsini təkzib edib:
“Mən bu dəqiqə də Moskvadayam, Bakıya getməmişəm, ermənilərlə görüşdə isə düşünərək iştirak etməmişəm. Uzun müddət Azərbaycanda yüksək vəzifə tutmuş bir şəxs kimi, ölkəmiz üçün taleyüklü olan məsələlərin müzakirəsində prezident İlham Əliyevin tapşırığı və əmri olamadan iştirak etmərəm. Bu mənim vətəndaş prinsiplərimə və siyasi əqidəmə ziddir. Bu gün dövlət vəzifəsində olmasam da, vətəndaş olaraq Azərbaycan dövlətinin sərəncamındayam və hər dəqiqə prezidentin əmrini gözləyirəm. Mənim haqqımda yalan və həqiqətə uyğun olamayan məlumatları yayan şəxslərin ucuz provakasiyası baş tutmayacq. Onların məni Azərbaycan dövləti qarşısında ləkələmək cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur”.

Abbas Abbasov ANS PRESS-ə eksklüziv müsahibəsini bu fikirlərlə bitirib: “Mənim harada olmağımdan asılı olmayaraq Azərbaycana və onun prezidentinə sadiqəm”.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi