Bu gün saat 22.45 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Modern.az APA-ya istinadən bildirir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən verilən məlumata görə, Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib. Belə ki, 194 saylı xətt üzrə hərəkət edən iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Daha sonra avtobus 4-5 minik avtomobilinini əzib. Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib.
Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda xəsarət alan var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.
Modern.az