Modern.az

35 azərbaycanlı jurnalist Tiflisdədir

35 azərbaycanlı jurnalist Tiflisdədir

25 Oktyabr 2012, 14:58

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatı bir qrup jurnalist üçün Gürcüstanın paytaxtı Tiflis şəhərinə səfər təşkil edib. Modern.az-ın məlumatına görə, bakıdan yola çıxan 35 KİV nümayəndəsi oktyabrın 25-də Tiflisə çatıb.

Səfərin əsas məqsədi azərbaycanlı jurnalistlərin Gürcüstanda (Tiflisdə) iki günlük istirahətinin təşkilidi. Səfər çərçivəsində Azərbaycan jurnalistləri bu gün Gürcüstanda yeni seçilmiş parlamentinin bəzi üzvləri, QHT nümayəndələrilə görüşüblər.

KİV nümayəndələrimiz Gürcüstanda yaşamış azərbaycanlı tarixi şəxsiyyətlərin abidələri ilə tanış olacaq, eləcə də gürcü həmkarlar ilə dostluq görüşləri də keçirəcəklər.

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər Təşkilatının tərəfdaşlığı ilə gerçəkləşən Tiflis səfərində “Xəzər”TV, “Lider”TV, İctimai TV, ANS, AzTV, “Cənub”TV, “Kəpəz”TV, “Səs”TV, MuzTV-nin, APA, “Lent.az”, “Trend”, “Azadinform” agentliklərinin, o cümlədən “Qafqazinfo”, Modern.az “Mediaforum” saytlarının, bundan başqa “Gündəlik teleqraf”və digər qəzetlərin əməkdaşları iştirak edirlər. 

Modern.az  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi