Modern.az

"Neftçi" Tatarıstanda uduzdu

"Neftçi" Tatarıstanda uduzdu

25 Oktyabr 2012, 22:59

Oktyabrın 25-də Avropa Liqasının qrup mərhələsində III turun oyunlarına start verilib.

AvroLiqadakı yeganə təmsilçimiz Bakının "Neftçi" klubu üçüncü matçına çıxıb.

Azərbaycan çempionu səfərdə "Rubin" (Kazan, Rusiya) klubunun qonağı olub. Keçirdiyi iki oyundan cəmi 1 xal toplayan Böyükağa Hacıyevin komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışsa da, bu, baş tutmayıb. 16-cə dəqiqədə “Rubun”li Alan Kasayev  hesabı açıb - 1:0. Oyun elə bu sabala da başa çatıb.
Beləlikə “neftçi növbəti məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, bu komandalar arasında növbəti oyun noyabrın 8-də, Bakıda keçiriləcək.

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi