Rusiyada MDB ölkələri üçün yeni mərkəzin yaradılmasına Bakı da razılıq verib.
Azərbaycan MDB ölkələrinin Hərbi-Texniki Şurasının Tulada keçirilən iclasında birlik ölkələrinin hərbi inteqrasiyasına hesablanmış yeni qurumun yaradılmasına razılıq verib.
Modern.az “İnterfaks”a istinadən bildirir ki, Tulada 8 ölkənin – Rusiya, Azərbaycan, Ermənistan, Belorus, Qazaxstan, Qırğızstan, Türkmənistan və Ukraynanın işitrakı ilə keçirilən iclasda Döyüş Hazırlığı Mərkəzinin yaradılması razılaşdırılıb. Mərkəz Rusiyada yaradılacaq və fəaliyyət göstərəcək. Şuranın iclasında MDB ölkələrinin və Rusiya ordusunun döyüş hazırlığı üzrə texniki təminatının perspektivləri və vəziyyəti müzakirə olunub. Bununla əlaqdaqar “Tulatoçmaş” ASC-nin ərazisində müasir texniki təlim vasitələrinin təqdimat mərasimi olub.
Yeni yaradılacaq qurumun təfərrüatları açıqlanmır.
X.SƏFƏROĞLU