Gürcüstandakı Azərbaycan kəndlərinə verilən gürcü adları hər zaman orada yaşayan həmyerlilərimizin, eləcə də ziyalıların narazılığına səbəb olub. Belə ki, kənd sakinləri bu adların dəyişdirilməsini tələb edir, kəndlərə türk adlarının verilməsini istəyir. M.Saakaşvilinin hakimiyyəti dövründə öz həllini tapmayan məsələ, yeni baş nazir İvanişvilinin dövründə həll olunacaqmı?
Gürcüstanda keçirilən parlament seçkilərində qalib gəlmiş müxalifətçi “Gürcü arzusu” blokunun təmsilçisi, azərbaycanlı deputat Əli Məmmədov Modern.az-a açıqlamasında bildirib ki, yaxın vaxtlarda bu məsələ öz həllini tapacaq.