Modern.az

Azərbaycanın tikinti şirkəti Tiflisdə şəhərcik salır

Azərbaycanın tikinti şirkəti Tiflisdə şəhərcik salır

Təhsil

27 Oktyabr 2012, 12:30

Tiflisdə Kür çayı ətrafında “Dirsiçala” adlı yeni rayonun tikintisi ilə bağlı layihəyə dövlət tərəfindən kvota ayrılıb. Bunu Modern.az-a eksklüziv açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov deyib. Onun sözlərinə görə, bir neçə dəfə bizim yerli əhalimizin orda işlə təmin edilməsi ilə bağlı müraciət edilsə də, təəssüflər olsun ki, indiyədək heç bir cavab gəlməyib: “Şəxsən mən özüm orda olan azərbaycanlı qrupa da müraciət ünvanladım. Amma bir cavab ala bilmədim”.

Deputatın dediyinə görə, layihənin nə qədər davamlı olacağını gələcək göstərəcək. Artıq bu layihəyə dövlət qrantı ayrılıb. 

Qeyd edək ki, rayonu Kürün sahilində Azərbaycanın “AS Group İnvestment” şirkəti inşa edəcək. 70 korpusdan ibarət tikinti aparılmalıdır. Layihə 40 min kv. metrdən çox sahəni əhatə edəcək. Bu şəhərcikdə 1200 şagirdlik iki məktəb, müasir uşaq bağçası və bütün standartlara uyğun klinika istifadəyə veriləcək. Ən vacibi odur ki, layihədə Tiflisin Ortaçala deyilən məhəlləsində məskunlaşan azərbaycanlıları 1200 iş yeri ilə təmin etmək mümkün olacaq.  

Ümumiyyətlə, şəhərcikdə 20 min nəfər məskunlaşacaq. Bu, Gürcüstanda və Azərbaycanda bir rayonun əhalisi deməkdir. 

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi