Modern.az

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

Koronavirusa yoluxan şagird və müəllimlərin sayı açıqlandı

Təhsil

24 Avqust 2021, 12:14

“Ötən ilin sentyabrın 15-dən oktyabra kimi 219 şagird koronavirusa yoluxub. Virusa yoluxan işçi heyətinin sayı 65 nəfər idi”. 

 

Modern.az xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib.

 

O bildirib ki, oktyabrda rəqəmlər artmağa başlayıb:

 

“Ən yüksək yoluxma dekabrda oldu. Bu zaman 6378 nəfər şagird, 3568 işçi heyəti virusa yoluxmuşdu. Bu günə qədər 25370 şagird, 15128 nəfər təhsil işçisi koronavirusa yoluxub".

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama