Demokratik Qüvvələrin Məşvərət Məclisi Bakı şəhər İcra Hakimiyyətinin 3 noyabr mitinqi ilə bağlı rəsmi cavabına etiraz etdilər. Mitinqin əsas iştirakçılarından olan Azərbaycan Liberal Partiyasının sədri (ALP) Əvəz Temirxanın Modern.az-a verdiyi məlumata görə, meriya onlara mitinq keçirmək üçün “20-ci sahə”ni təklif etsə də onlar bundan imtina ediblər. Partiya sədrinin sözlərinə görə, DQMM sabah toplanaraq mitinqlə bağlı yekun qərarlarını verəcəklər.
“Bakı şəhər İcra Hakimiyyəti bizə “20-ci sahəni təklif edib. Biz təbii ki, onların göstərdiyi yerə getməyəcəyik. Sabah toplantımız olacaq. Ola bilsin ki, Bakı şəhər İcra Hakimiyyətini məhkəməyə verdik. Həmçinin sabahkı toplantıda icazəsiz mitinq keçirilməsi məsələsi də müzakirə ediləcək”, -deyə ALP sədri bəyan edib.
Qeyd edək ki, 14 müxalif siyasi partiyanın daxil olduğu Demokratik Qüvvələrin Məşvərət Məclisi mitinq keçirməklə bağlı qərar verib. Mitinqin noyabrın 3-dən saat 16-dan 18-ə qədər keçirilməsi nəzərdə tutulub. DQMM-də mitinqlə bağlı Təşkilat Komitəsi yaradılıb.
Anar RÜSTƏMOV