Daxili İşlər Nazirliyi Bakı şəhərinin rayon polis idarələrində vakant olan 10 yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili üzrə inspektor vəzifəsinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edib.
Nazirlikdən Modern.az-a verilən məlumata görə, müsabiqədə dövlət ali təhsil müəssisələrində dil və ədəbiyyat, tarix, ibtidai sinif müəllimliyi ixtisası üzrə bakalavr pilləsində təhsilini başa çatdırmış, yaşı 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 santimetrdən) yüksək olan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş digər şərtlərə cavab verən, Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.