Modern.az

Hesablama Palatası 2013-cü ilin büdcə zərfinə rəy verdi

Hesablama Palatası 2013-cü ilin büdcə zərfinə rəy verdi

Təhsil

1 Noyabr 2012, 10:49

Hesablama Palatasının kollegiya iclasında “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2013-cü il büdcəsi haqqında” qanun layihələri müzakirə olunub. Hesablama Palatasının rəyləri geniş müzakirə edilərək təsdiq olunub və rəylərin qanunvericiliyə uyğun olaraq Milli Məclisdə müzakirəyə tövsiyə olunması barədə qərar qəbul edilib.

Hesablama Palatasının mətbuat xidmətindən Modern.az-a bildirilib ki, kollegiyada həmçinin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Ağstafa rayon İcra hakimiyyətinə “Poylu-Xətai-Yenigün-Aşağı Göyçəli” avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan Bərdə rayon İcra hakimiyyətinə “Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı” avtomobil yolunun tikintisinə və Bərdə şəhər 6 nömrəli uşaq bağçasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadənin auditlərinin nəticələrinə dair hesabat və rəylər müzakirə olunaraq təsdiq olunub, nəzarət tədbirlərinin nəticələri barədə Milli Məclisə məlumatların təqdim edilməsi qərara alınıb.

Bundan əlavə, kollegiya iclasında dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Mədəniyyət və Turizm Nazirliyinə və onun tabeliyində olan mədəniyyət müəssisələrinə (seçmə qaydada) ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi şəhər Xəstəxanasına və Lənkəran şəhəri Maliyyə İdarəsi üzrə xəzinə əməliyyatlarının düzgünlüyünə və dövlət büdcəsinin yerli xərclərindən  Cəlilabad rayon Təhsil şöbəsi, Mədəniyyət və Turizm İdarəsi və Cəlilabad rayon İcra hakimiyyətinin Cəlilabad şəhər inzibati-ərazi dairəsi üzrə nümayəndəliyinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair Audit proqramları da təsdiq edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi