Modern.az

İsmət Abbasov: “Bu il Azərbaycanda 3 milyon tonadək taxıl yığılıb”

İsmət Abbasov: “Bu il Azərbaycanda 3 milyon tonadək taxıl yığılıb”

Təhsil

1 Noyabr 2012, 14:25

“Bu il Azərbaycanda taxıl istehsalı 2 763 000 ton olub”. Modern.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. Onun sözlərinə görə, bu ilin 9 ayına olan göstəriciyə görə, taxıl istehsalının 1.844.000 tonu ərzaq buğdasının payına düşüb.

  “Sevindirici haldır ki, builki məhsul istehsalına məhsuldarlıq taxılda 1,6%, buğda istehsalında isə 1,7% artıb. Əlbəttə, bu müəyyən qədər müsbət nəticə verib. Düşünürəm ki, gələcəkdə ən iri fermer təsərrüfatları yarandıqda, eyni zamanda iri torpaq sahibləri torpaqdan daha səmərəli istifadə etdikdə, biz mövcud sahələrdən, iri taxılçılıq təsərrüfatlarında ölkəmizi tam təmin edə biləcək dərəcədə həm taxıl, həm buğda, həm də yem məhsulları istehsal edəcəyik”, – deyə İ. Abbasov vurğulayıb.  

  “2013-cü ildə taxıl istehsalı ilə proqnozları indidən demək çətindir”-deyə kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib. O, qeyd  edib ki, taxıl istehsalı hava şəraiti ilə bağlı olan məsələdir.
“Amma onu deyə bilərəm ki, 2013-cü ilin taxıl istehsalı 2 700 000 və ya 2 800 000 ton məhsulun olacağı gözlənilir. Bəlkə də bu bir qədər də yüksək oldu”.

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi