Modern.az

Azərbaycana 1300 baş damazlıq heyvan gətiriləcək

Azərbaycana 1300 baş damazlıq heyvan gətiriləcək

Təhsil

1 Noyabr 2012, 14:55

“Yaxın aylarda ölkəyə 1200-1300 baş damazlıq heyvan gətiriləcək”. Modern.az xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İsmət Abbasov deyib. O bildirib ki, bu il ölkəmizdə mövcud olan heyvanların sayı kifayət qədərdir. “Əgər həmin heyvanlarda yüksək heyvandarlıq olsaydı, biz özümüz həm süd həm də ət məhsulları ilə ölkəni tam təmin edə bilərdik. Amma təəssüf ki, mövcud iri buynuzlu heyvanların sayı çox olsa da, məhsuldarlığı çox aşağıdır. Hər iri buynuzlu heyvan 4 litr süd verir. Bu, çox aşağı rəqəmdir”.

Nazir qeyd edib ki, bunun üçün ölkə başçısı tapşırıq verib ki, bu problem aradan qaldırılsın. “Hər il ölkə başçısı prezidentin ehtiyat fondundan vəsait ayırır. Bizdə Avropadan damazlıq heyvanları gətiririk. Bu günə qədər 5 mindən çox damazlıq heyvan ölkəmizə gətirilib. Yaxın aylarda təxminən 1200-1300 baş damazlıq heyvan ölkəmizdə gətiriləcək”, – deyə İ. Abbasov bildirib.  

Mail Ağaxanov  
Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi